تورکو شعرلریم- özəl əl yazılarım

تورکو شعرلریم- özəl əl yazılarım

Bu Weblogdakı Şerlər - Öz Qoşmalarım
تورکو شعرلریم- özəl əl yazılarım

تورکو شعرلریم- özəl əl yazılarım

Bu Weblogdakı Şerlər - Öz Qoşmalarım

وطن اوغلو دایان بیر آز - Vətən oğlu dayan bir az

 

وطن اوغلو دایان بیر آز


                   اورگیم بولوتلو سئوگیم آیاز



ایلردی گله جکی گوزله ییریق بیز!  

 

                   گچن ایل بو ایل، گلدی گلن یاز!



کیمیدی بیزه باش یازیسی یازانلار

 

                  اویان ایگید گله جکیو اوزون یاز!



اوز الین اولسون بیرده اوز باشین

   

                  گوررسن کئفین اوندا یامان ساز!



چورک منیم محتاج قالیم قونشویا!   


                 عقلیم یوخدور باش کاساسی لاپ دایاز!



منیم قاپیمدا گلیب چورک یینلر  

  

                 ایندی گلیب من اونلارا چکیم ناز!!



منیم جانیم اوز الیندن سئوگینن!

     

                 اوزگه تئلی دن سئویلمی بیزدن تاز!



قاراداغلی سنده بیر یار تاپگینان!

  

                  چاغی گلیب سنده چالدیر بیر ساز!




Vətən oğlu dayan bir az

                         ürəgım bulutlu sevgım ayaz


Illərdı gələcəkı gözləyırıq biz

geçən il bu il gəldı gəlın yaz


Kimdi bizə baş yazısı yazanlar

oyan igid gələcəgiv özün yaz


Öz əlın olsun birdə öz başın

görərsən kefin onda yaman saz


Çörək mənım möhtac qalım qonşuya

əğlım yoxdur baş kasası lap dayaz


Mənım qapımda gəlıb çörək yiyənlər

indi gəlıb mən onlara çəkəm naz


Mənım canım öz elindən sevgınən

özgə tellıdən sevımlı bizdən taz


Qaradağlı səndə bir yar tapginan

çağı gəlıb səndə çaldır bir saz

 

 


Mənlə irtibat üçün yahoo İdim:

mustafa_tttt@yahoo.com

 

نظرات 4 + ارسال نظر
Turkaz شنبه 20 فروردین‌ماه سال 1390 ساعت 10:44 ب.ظ http://www.benimblog.com/azerbaycan

xoş yazıbsan şair qardaş
gözləırimdən axıtdın yaş
güvənəcək vətən sənə
hər bir zaman ay vətəndaş

elimizin sözün yazdın
dərdimizin özün yazdın
yalan yoxdur, tam gerçəkdir
hər bir sözün düzün yazdın

yurdumuzun qəmin yedin
Gölümüzün dərdin dedin
haray çəkdin xalqımıza
nə yatıbsız, bir iş edin

coşğun təbin axar olsun
şimşək kimi şaxar olsun
alav salsın yad evinə
qənimləri yaxar olsun

Azərbaycan ölkəm dedin
Haray - Haray TÜRKƏM dedin
dünya duyunca dərdimi
gərək haray çəkəm dedin

Babək kimi mən də Ərəm
harayına hay verərəm
Bəz qalasın harayımda
mən də sənin tək tikərəm

qarşımızda ərlər izi
qoy eşitsin dünya bizi
bayaq əldə qurtararıq
darlıqlardan bu Təbrizi

سلام ائلیمین قایغیسنا قالیب اورکدن یانان دویغولو قئیرتلی قارداشیم. سیزه سؤز وئردی ییم کیمی گؤزل بلوگونا قوناق اولوب اورکدن جوشان اوره ییمه اوتوران وطن هارایی دردلی نغمه لرینی اوخودوم. یوخاریداکی جیزما قارانی منه جوشدوران سنین نغمه لرین اولدو! آنیدن یازیلدیغینا گؤره هئچ گؤزدن کئچیرتمه دن قوللوغونوزا سونورام. باغلانتینیزی بلوگوما آرتیراجام
ساغ قالین - یولونوز آچیق اولسون

سلام

یاشا تورکاز قارداش

بی منی اوتاندیردیر بو گوزل و دئیر لی شعریزله

آلاه سیزی مورادیزا اردیرسین اینشالاه.

وار اولاسان قارداش

آیسان پنج‌شنبه 25 فروردین‌ماه سال 1390 ساعت 02:24 ب.ظ http://aysanturkgizi.blogfa.com

چوخ گوزلیدی قارداش
سئویندیردین منی بو گوزل شعرینله عزیز قارداشیم!!!!!!!!!

یاشا عزیز دوست مین یاشا

دنیز دوشنبه 5 دی‌ماه سال 1390 ساعت 12:45 ب.ظ

یاشایین گوزل و معنالی شعردیر

nazli دوشنبه 9 اردیبهشت‌ماه سال 1392 ساعت 08:57 ب.ظ http://www.nazli-yazar.blogfa.com

çox gözəldi araz can .təbrik edirəm sənı.ürəyin istəsə mənə də bir baş çək.çox sağol

salam

sende yashaa

برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد