bu şeri iranda təbiət günü adlanan gündə demişəm
2012/4/1
یار قاصیدی یار گتیرسین قارقار ائدن قار گتیرسین
اؤرگیمین دردی چوخدور قوی سازساتان تار گتیرسین
نه اولاجاق یوخسول میلت! منیِـم ائلیـم وار گتیِرـسیِن
وار دئمکده یاساق اولوب وار دییه نه دار گتیرسین!
بو بایـرامـدا، یئـنی ایلده کهنه آغاج بار گتیرسین!
بالتا کسمـز بو آغاجـی ساپی مندن وار گتیرسِـن!
دوشمن بالتا ساپی مندن! ائل آغاجی زار گتیرسِـن
قاراداغلی یانلیز قالدین! دئسن دوشمن یار گتیرسین!
Yar qasıdı yar gətirsin qar qar edən qar gətirsin
Ürəgimin dərdi çoxdür goy saz satan tar gətirsin
Nə olacaq yoxsul millət mənim elim var gətirsin
Var deməkdə yasaq olub var diyənə dar gətirsin
Bu bayramda yeni ildə köhnə ağac bar gətirsin
Balta kəsməz bu ağacı sapı məndən var gətirsin
Düşmən balta sapı məndən! El ağacı zar gətirsin!
Qaradağlı yanlız qaldın desən düşmən yar gətirsin
Şair: Mustafa araz